SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Yanğınla Mübarizə | Fire Fighting

Yanğın və partlayış həyat və tikililər üçün böyük təhlükə yaradır, lakin bir çox hallarda onun qarşısını almaq mümkündür və ya yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla  bilər.  Yanğınlarla əlaqədar aparılan statistika və təhlillər göstərir ki, baş vermiş yanğınların genişlənməsinin başlıca səbəblərindən biri də yanğın baş verən yerdə ilkin yanğınsöndürmə vasitələrinin, avtomatik yanğınsöndürmə, xəbərverici sistemin olmaması və insanların Yanğın Təhlükəsizliyi barəsində məlumatnı az olmasıdır. 

 

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Yanğınla mübarizə mövzusunda ilkin və üstün səviyyədə təlim təklif edir. Təlimlər nəzəri və praktik olaraq həyata keçirlir. 

 

Təlimin məqsədi:

  • Yanğın barəsində məlumatlandırma

  • Yanğın riskinin azaldılması yollarının izah olunması

  • Yanğın zamanı təhlükəsiz davranma qaydalarını aşılamaq

  • Yanğınla düzgün mübarizə metodlarının seçilməsi

  • Daşınan (portativ) yanğınsöndürmə avadanlıqları barəsində məlumatlandırma və təhlükəsiz istifasdə qaydalarının izah olunması.

 

Təlim kimlər üçün nəzərdə tutulub:  Yanğın təhlükəsizliyi üzrə nəzarətçilər, könüllü yanğın dəstələrinin üvzləri və yanğın təhlükəsizliyi üzrə səfərbər edilən hər kəs üçün nəzərdə tutulmuşdur.  

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Yanma nəzəriyyəsinin əsas prinsiplərini

  • Yanğın ehtiyat üsullarının müəyyən olunmasını

  • Yanğının təsnifatını

  • Düzgün yanğınsöndürənin seçilməsi və istifadəsini

  • Yanğın üsullarını

  • Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı 

 

Mövzular: 

  • Giriş/Tanışlıq

  • Yerli Qanunvericilik və Beynəlxalq Standartlar 

  • Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu

  • Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları

  • Yanğın Təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili

  • Yanğının əmələ gəlməsi 

  • Yanğının səbəbləri və nəticələri

  • Yanma nəzəriyyəsi (alışma üçbucağı) 

  • Yanğının (istiliyin) yayılma yolları

  • Yanğının növləri (təsnifatı -sinifləri)

  • Yanğın söndürməyin vasitələri

  • Müxtəlif yanğınsöndürmə (Odsöndürənlər) və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları

  • Yanğına qarşı profilaktik tədbirlər

  • Riskin Qiymətləndirilməsi

  • Fövqəladə Hallarda görülən tədbirlər

  • Odsöndürən balonlar (yoxlama və texniki baxış)

  • Odsöndürənlərin istifadə qaydalarını göstərmək / praktiki təlimatlandırma

  • Praktiki hissə

  • Təlimin qiymətləndirilməsi.

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

Seritifikatın etibarlılıq müddəti: 3 (üç) il

SƏTƏM təlimləri